Maykl Bekoll
Ssenarist, aktyor
Maykl Bekoll – amerikalı ssenarist və aktyordur. Daha çox Qventin Tarantinonun “Şərəfsiz yaramazlar” (Inglorious Basterds – 2009) filmində Maykl Zimmerman və “Ölümə davamlı” (Death Proof – 2007) trillerində Ömər roluna görə, həmçinin “21 Jamp Strit” (21 Jump Street – 2012) və “Skot Pilqrim” (Scott Pilgrim vs The World – 2010) filmlərinin ssenaristi kimi tanınır. Bekoll 19 aprel 1973-cü ildə Los-Anceles şəhərində anadan olub. Valideynləri İtaliyanın Siciliya bölgəsindədirlər. Uşaq vaxtlarından aktyorluğa maraq göstərib, televiziya və kino layihələrində iştirak edib. 2000-ci illərdə ssenarist karyerasına başlayıb. Bununla belə ara-sıra filmlərə epizodik rollara çəkilir. Filmoqrafiyasında aktyor olaraq 50-dən çox rol var. Həmçinin 8 televiziya və bədii filmə və seriala ssenari yazıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Michael_Bacall