Kristofer Robert Miller 23 sentyabr 1975-ci ildə anadan olub. Filmlərini köhnə dostu və həmkarı Filip Lordla birlikdə çəkir. Dartmut Kollecində tanış olan və dostlaşan rejissorlar “Leqo: Film” (Lego: Movie - 2014), “21 Jamp Strit” (21 Jump Street - 2012), “Frikadel yağışı” (Cloudy Meatballs – 2009), “22 Jamp Strit” (22 Jump Street – 2014) kimi filmləri üzərində gördükləri işlərə görə tanınırlar. Onlar eyni zamanda Fox telekanalında yayımlanan “Dünyanın son adamı” teleserialının və Cartoon Network telekanalında yayımlanan “Unikitty” cizgi serialının yaradılmasında iştirak ediblər. "Nyu-York Tayms" nəşrinə görə Lord Mayamidə doğulub. Anasının əsli kubalıdır və psixoloqdur. Atası bu yaxınlarda mülki aviasiya biznesindən təqaüdə çıxıb. Daha əvvəl isə 10 il ərzində “Fusion” rəqs şirkətinə rəhbərlik edib. Miller Sietl şəhərində dünyaya gəlib. Atası odun hazırlayan müəssisənin sahibidir. Hər iki dost karyerasını qısametrajlı filmlər çəkməklə başlayıb, daha çox animasiyalara üstünlük veriblər. Təhsil aldıqları kollecin qəzetində hər ikisi köşə yazarı olub və kinematoqrafiyadan fərqli olaraq yazıları ayrıca dərc olunub. Kristofer kollecdə sevdiyi qrup yoldaşı ilə ailə qurub. Dartmut kollecində təhsil aldığı illərdə onlar haqqında dərc olunan məqalə Disney şirkətinin idarə heyətinin sədri Maykl Aysnerin diqqətini cəlb edir. Həmkarları ilə məsləhətləşdikdən sonra onları müsahibəyə dəvət edirlər. Sorğu-sualda rəhbərliyin etimadını doğrultduqlarına görə onlara 2 illik müqavilə təklif olunur və dostlar Los-Ancelesə köçüb peşəkar karyeralarına başlayırlar.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Phil_Lord_and_Christ...