Ailə bağları insanları o qədər bir-birinə yaxın edir ki, əvvəl-axır onlardan biri artıqlıq təşkil etməyə başlayır. 12 yaşlı Annanın və altı yaşlı Benin həyatında onların boşanmış atalarının sevgilisi İzabel peyda olur. O uşaqların sevgi və etibarını qazanmaq üçün əlindən gələni edir. Lakin qısqanclıq hissində boğulan uşaqların anası Ceki, bütün nüfuz və təsiri ilə buna əngəl olmağa çalışır. Doğma ananın təsir gücü əlbəttə ki, İzabelin mehribanlıq və məlahətinə üstün gəlir. İzabel, onlara yaxın və səmimi dost olmaq istəsə də, elə ögey ana olaraq qalır. Ceki istədiyinə nail olduğuna sevindiyi bir vaxtda, ölümcül xəstəliyə tutulduğunu öyrənir. Ömrünə az qaldığını bilən Ceki öz hərəkətlərinə peşman olur. Çünki həyatdan köçdükdən sonra uşaqlarına ana nəvazişi göstərməyə namizəd olan yeganə insan məhz əvvəl düşmən saydığı qayğıkeş İzabeldir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar