Kris Kolambus

Kris Kolambus

Rejissor

BİOQRAFİYA
Kris Kolambus 10 sentyabr 1958-ci ildə Pensilvaniya ştatında doğulub. “Evdə tək”, “Evdə tək 2: Nyu-Yorkda itirilmiş”, “Harri Potter və fəlsəfə daşı”, “Harri Potter və gizli otaq”, “Persi Cekson və ildırımlar oğrusu”, “Missis Dautfayr” kimi blokbaster filmlərin rejissorudur. “Qulluqçu” filminin ssenari müəllifi kimi "Oskar" mükafatına namizəd olub. Uşaqlığını Ohayo ştatında keçirən Kris “Xaç Atası” filminə baxandan sonra qərara gəlir ki, film sahəsi ilə məşğul olacaq. Film sahəsinə ssenari yazmaqla addım atır. “Qremlinlər” filminin uğuru onu birbaşa Hollivuda atılmağa imkan verir. Lakin dünyada tanınmağa ona 1990-cı ildə çəkdiyi “Evdə tək” və 1992-ci ildə “Evdə tək 2: Nyu-Yorkda itirilmiş” filmləri vasitə olur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Chris_Columbus_(filmmaker)

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç