Süzen Sarandon

Süzen Sarandon

Aktrisa, prodüser

BİOQRAFİYA

Süzan Sarandon 4 oktyabr 1946-cı ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Atası televiziyada prodüser işləyib və bir müddət gecə klubunda müğənnilik edib. Atası ingilis və irland əsillidir, anası isə italyandır. Süzanın 4 qardaşı olub. Gələcəyin aktrisası Nyu-Cersi ştatının Edison şəhərində böyüyüb. 1964-cü ildə katolik məktəbini bitirib. Mühafizəkar ənənələr əsasında tərbiyə alıb. 1968-ci ildə ali təhsili başa vuraraq, dram üzrə bakalavr dərəcəsinə yiyələnib. Aktyor Kris Sarandona ərə getdikdən sonra kinoya çəkilmək fikrinə düşüb. Çəkildiyi ilk filmlərdən ən uğurlusu “Rokki Horrorun qorxu şousu” (1975) adlı lent olub. Ən məşhur rollarını 40 yaşından sonra oynayıb. Böyük kinoda daha çox “Telma və Luiza” (1991), “Gəzən ölü” (Dead Man Walking – 1995), “Ögey ana” (Stepmom – 1998), “Darhem öküzləri” (Bull Durham – 1988) filmlərində oynadığı rollara görə tanınır. 70-ci illərin sonlarından etibarən Sarandon fransalı rejissor Lui Malem ilə əməkdaşlığa başlayır. 1982-ci ildə “Atlantik –Siti” filmində oynadığı rola görə “Oskar” mükafatına namizəd olur. Sarandon rəsmi olaraq yalnız universitetdəki qrup yoldaşı aktyor Kris Sarandonla evli olub. Onlar 16 sentyabr 1967-ci ildə ailə qurublar. 1979-cu ildə ərindən ayrıldıqdan sonra qızlıq soyadını qaytarsa da, kinolarda Sarandon soyadından təxəllüsü olaraq istifadə edib və titrlarda indiyə kimi Sarandon bu soyadla təqdim olunur. Daha sonra Süzan ayrı-ayrı vaxtlarda rejissor Lui Malem və müğənni Devid Boui ilə yaxın münasibətlərdə olub. 1980-ci illərin ortalarında rejissor Franko Amurri ilə görüşüb. Onunla olduğu dövrdə 1985-ci ildə Yeva adlı qızı doğulub. “Darhem öküzü” filminin çəkilişlərində (1988-ci il) Sarandon aktyor Tim Robbinslə eşq macərası yaşayıb. Onların arasındakı vətəndaş nikahı 2009-cu ilə kimi davam edib. Faktiki nikahdan 1989 və 1992-ci il təvəllüdlü iki oğul dünyaya gətirib. Robbinsondan ayrıldıqdan sonra Süzan tanınmış biznesmen Malkolm Briklinin oğlu, özündən 30 yaş cavan Conatan Briklinlə eşq macərası yaşayıb. Tərəflər 2015-ci ildə yollarını ayırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B0%D1%80%D0%B0%D0%BD%D0%B4%D0%BE%D0%BD,_%D0%A1%D1%8C%D1%8E%D0%B7%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç