Liam Eyken

Liam Eyken

Aktyor

BİOQRAFİYA

Liam Padrik Eyken – amerikalı kino və televiziya aktyorudur. Daha çox “Ögey Ana” filmində Ben Harrison və “Lemoni Sniket: 33 bədbəxtlik” filmində Klaus Bodler rolu ilə məşhurlaşıb. Liam Eyken MTV telekanalının aparıcısı Billi Eyken (1992-ci ildə vəfat edib) və irland Moyi Eykenin övladıdır. Dvayt Enqlvud adına orta məktəbdə oxuyub. Təhsil aldığı müddətdə “Ford” avtomobilinin reklamına çəkilib. Həmin çəkilişin uğurundan sonra müxtəlif kino layihələrinə dəvət olunmağa başlayıb. İlk ciddi rolu amerikalı rejissor Hel Hartlinin “Henri Ful” (1997) dramında Ned Qrim rolu olub. Anası onun aktyor karyerasını seçməsinə çox sevinir. Belə ki, filmlərə çəkilib, şöhrət qazanmasından savayı, təhsil haqqına da artıq ehtiyac qalmırdı. Karyerasının ən uğurlu rollarından birini “Ögey Ana” filmində oynayıb. Çəkiliş meydanında Ed Harris, Culiya Roberts, Süzen Sarandon kimi Hollivud ulduzları tərəf-müqabili olub. 2002-ci ildə “Lənətlənmiş yol” filmində görüntülənib. 2003-cü ildə isə “Qalıntüklü xüsusitəyinatlı” ailəvi filmində baş rola çəkilib. Liam “Harri Potter” franşizasından olan ilk filmə çəkilməyə real namizəd olsa da, kastinqlərdən Deniel Redkliff keçib. Belə ki, yazıçı Coan Roulinq onun romanı əsasında lentə alınan filmdə britaniyalı aktyorların çəkilməsinə israr edib. Bir neçə uğursuz sınaqlardan sonra, 2004-cü ildə “Lemoni Sniket: 33 fəlakət” filmində yetim qalmış Klaus Bodler rolunu qazanıb. 2009-cu ildə “Daxilimdəki qatil” trillerində Conni Pappas roluna dəvət olunub. Çəkiliş meydançasını Hollivud ulduzları Keysi Afflek, Keyt Hadson və Cessika Alba ilə bölüşüb. 5 dəfə müxtəlif mükafatlara namizəd olsa da, yalnız “Ögey Ana” filmindəki roluna görə 1999-cu ildə “Young Artist Award” mükafatına sahib çıxıb. Nyu-York Universitetinin kino və televiziya fakültəsinin məzunudur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D0%B9%D0%BA%D0%B5%D0%BD,_%D0%9B%D0%B8%D0%B0%D0%BC

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç