Ed Harris

Ed Harris

Aktyor, rejissor, prodüser

BİOQRAFİYA
Ed Harris 28 noyabr 1972-ci ildə Enqlvud (Nyu-Cersi ştatı, ABŞ) səyahət agenti Marqaret və satıcı Robertin ailəsində dünyaya gəlib. Atası Fred Uorinqlə birgə xorda oxuyur, sonra isə Çikaqo İncəsənət Universitetinin kitab mağazasında işləyirdi. Ed Harris Tenaflay şəhərində böyüyüb. Teatr sənəti ilə Oklahoma universitetində oxuduğu müddətdə məşğul olub. Tezliklə universiteti tərk edir və şöhrət ardınca Los-Ancelesə yollanır. Bütün bunlara baxmayaraq, Ed ali təhsil almağı bacarır, lakin bu uzun zaman sonra baş verir. O, Kaliforniya İncəsənət Universitetini bitirir. Əksər Hollivud ulduzlarında olduğu kimi, Ed də karyerasına televiziyada başlayır. O, seriallarda kiçik rollar alıb, telefilmlərə çəkilib. Edin böyük kinoda ilk rolu Maykl Kraytonun “Koma” trillerində olub. Amerikalı aktyor 1996, 1999, 2001, 2003-cu illərdə olmaqla, dörd dəfə “Oskar”a namizəd göstərilib, iki dəfə isə “Qızıl Qlobus” mükafatına layiq görülüb (1999, 2013).

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ed_Harris
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç