Hadisələr 1970-ci illərdə, feodalizm ünsürlərinin hələ də qabarıq olduğu bir türk kəndində cərəyan edir. Vətənə borcunu yerinə yetirib, hərbi xidmətdən geri qayıdan safqəlbli Feyzo, ilk növbədə uzun illər sevdiyi Gülo ilə evlənməyi planlaşdırır. Yerli adətə görə, evlənmək istəyən gənc gələcək qayınatasına külli miqdarda “başlıq pulu” ödəməlidir. Gülonun acgöz atası izdivacın baş tutması üçün astronomik rəqəmlər irəli sürür. Bu azmış kimi, Feyzonun anası da oğlunun evlənməsi üçün əldən-ayaqdan getmir. O illər ərzində yığdığı pullara inək almağı düşünür...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar