Atif Yılmaz

Atif Yılmaz

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Atıf Yılmaz Batıbeki - türkiyəki kinorejissor, ssenarist və kinoprodüserdir. Karyerası ərzində 119 film çəkib, 53 filmə ssenari yazıb, 28 filmin prodüseri olub. 1951-ci ildən etibarən Türkiyə kinematoqrafiyasının parlaq simalarından olub. Atıf Yılmaz 9 dekabr 1925-ci ildə Türkiyənin Mersin şəhərində kürd ailəsində anadan olub. Mersin orta məktəbini bitirdikdən sonra İstanbul universitetinin hüquq fakültəsinə daxil olub. Atıf Yılmaz üç dəfə evli olub. Birinci həyat yoldaşı aktrisa Nurhan Nur olub. Bu nikahdan rejissorun Kezban Arca adlı qızı anadan olub. Boşandıqdan sonra dramaturq Ayşe Şasa ilə ailə qurub. Üçüncü həyat yoldaşı rejissor Vedat Türkalının qızı Deniz Türkalı olub. Atif Yılmaz 5 may 2006-cl ildə vəfat edib. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%99%D1%8B%D0%BB%D0%BC%D0%B0%D0%B7,_%D0%90%D1%82%D1%8B%D1%84

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç