Şener Şen

Şener Şen

Aktyor

BİOQRAFİYA
Şener Şen (26 dekabr 1941) — Türk kino aktyorudur. 26 dekabr 1941-ci ildə Adanada o zamanlar dülgər işləyən məşhur kino aktyoru Ali Şenin ailəsində doğulub. Sənət həyatına İstanbul şəhər Bələdiyyəsi Teatrlarında səhnəyə çıxaraq başladı. Atası kimi film aktyoru olmaq istəməyən Şener Şen, özünü teatr aktyoru olaraq görürdü. Radio teatrlarında da oynayıb. Amma teatrdan əldə etdiyi gəlir az olduğuna görə məcbur olub film aktyorluğuna keçdi. Film aktyorluğunda ilk addımlarını ara rollarında oynamaqla başlayıb. Karyerasında məşhurluğu isə Hababam sinifi filmində bədən tərbiyə müəllimi rolunda Badi Ekrem obrazı ilə olub. Ən çox oynadığı filmlər isə məşhur türk film aktyoru Kemal Sunalla olub. Həmçinin "Bandit" (Eşkiya, 1996) kriminal dramında Baran, "Şərəf" (Kabadayı, 2007) filmində Ali Osman, "Çöpçülər kralı" (Bekçiler kralı, 1977) komediyasında Şakir rolunda oynadığı rollarla tanınır. Ümumilikdə təxminən yarım əsri əhatə edən karyerası ərzində 140-dan çox bədii film, seriala çəkilib, müxtəlif səsləndirmə rolları olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99n%C9%99r_%C5%9Een
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç