Kemal Sunal

Kemal Sunal

Aktyor

BİOQRAFİYA

Əli Kamal Sunal Türkiyənin məşhur teatr və kino aktyorudur. Komediya janrında filmləri ilə tanınır. Xalq arasında əsasən Şaban adı ilə tanınır. Yaradıcılıq fəaliyyəti dövründə 82 filmdə çəkilib. Əli Kamal Sunal 1944-cü il noyabr ayının 11-də İstanbulda anadan olub. Türk film sənətinin böyük komediya oyunçusu və film oyunçularından biri olaraq qəbul edilən Kamal Sunal oynadığı rollarla türk film sənətinə yeni bir canlanma gətirib. O, əsasən saf, şanslı, təmiz qəlbli xarekterləri canlandırıb. Filmləri illər sonra belə böyük bir maraqla izlənib. İstanbul Kiçikbazar səmtində doğulan aktyorun atası Mustafa Sunal, anası Səimə Sunaldır. Kamal Sunalın Cemil Sunal və Cengiz Sunal adında iki qardaşı vardır. Sənətkar ibtidai məktəbi Memar Sinan məktəbində oxuyib. “Vefa” litseyindən məzun olub. Yüksək təhsilinə Marmara Universitetinin Jurnalistika fakültəsində başlayıb. Tədris ilində “Emayataş” fabrikində işləyib, ayrıca elektrik ustasının yanında şagirdlik edib. İlk rolu "Şirin dillim" filmində  Yardımçı obrazı olub (1972). 1974-cü ildə "Salako" filmində baş rolda çəkilib. Әn son filmi 1999-cu ildə "Təbliğat" filmi olub. 1977-ci ildə "Qapıçılar kralı" roluna görə “Altın Portakal” mükafatına layiq görülüb. Kamal Sunal çox təvazökar və layiqli bir həyat sürüb. Şəxsi və ailə həyatı sarı mətbuatdan qapalı idi. Nadir hallarda ictimaiyyət arasında görünərdi. İnsanlar həmişə onun haqqında çox ciddi və düşüncəli bir insan kimi danışırdılar. Ali təhsili əsgərliyə getməsi ilə bağlı yarımçıq qalıb. Təhsilini yalnız 1998-ci ildə, 44 yaşında bitirə bilib. Bu fakt mətbuatda hay-küy yaradıb: “İnek Şaban master yaptı”. O isə diplom təqdimatında yarızarafat, yarıgerçək ismarış yollamışdı: “Həyata işdən başlamaq lazımdır, təhsili sonraya saxlamaq olar. Çünki insanın həyat təcrübəsi olmalıdır”. Kamal Sunal 1974-cü ildə Gül Sunalla evlənib və bu izdivacdan 2 övladı var – Əli və Ezo. Ailə üzvlərinin dediyinə görə, o, təyyarə və gəmi ilə səfərlərdən qorxurmuş. Kamal Sunal 3 iyul 2000-ci ildə “Balalayka” filminin çəkilişləri üçün Trabzona uçarkən təyyaradə qəfil ürək tutmasından vəfat edib. “Zincirlikuyu” qəbiristanlığında dəfn edilib. Oğlu Əli Sunal atasının yolunu davam etdirir – aktyordur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Kamal_Sunal
FİLMOQRAFİYA
Prodüser
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç