Erdal Özyağcılar

Erdal Özyağcılar

Aktyor

BİOQRAFİYA

Erdal Özyağcılar – türkiyəli teatr və kino aktyorudur. 1 yanvar 1948-ci ildə Türkiyənin Bursa şəhərində anadan olub. Uzun illər Şəhər teatrında səhnəyə çıxıb. Karyerası ərzində onlarla film və seriallara çəkilib. İlk rolunu 1966-cı ildə rejissor Atif Yılmazın “Gözəl İstanbul” komediyasında gerçəkləşdirib. Erdal Özyağcılar “Yabancı damat” (2004) teledramında xarizmatik Kahraman rolu ilə yadda qalıb. “Çempion” serialında Tolqaxan Sayışman, Emir Özyakişir, Ümit Erdim, Yıldız Çağrı Atiksoy, İlayda Alişan kimi aktyorlarla tərəf-müqabili olub. Erdal Özyağcılar 1972-ci ildə teatr və kino rəssamı Güzin Özyağcılarla ailə qurub. Gələcək həyat yoldaşı ilə konservatoriyada oxuyan zaman tanış olub. Bu nikahdan 1972-ci il təvəllüdlü Emre adlı oğlu və 1985-ci ildə Zeynep adlı qızı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:  
https://kinoturkey.ru/tureckie-aktery/3145-erdal-oziagkilar.html 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç