Adilə Naşit

Adilə Naşit

Aktrisa

BİOQRAFİYA
Adile Naşit 17 iyun 1930-cu ildə İstanbulda anadan olub. 300-dən artıq filmdə rol alıb. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinifi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinifi oyanır"‚ 1977-ci ildə "Hababam sinifi tətildə" və 1978-ci ildə "Hababam sinifi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcılığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat edib. Karacaahmet qəbirstanlığında oğlu və həyat yoldaşının yanında dəfn edilib. Adilə Naşit canlandırdığı ana obrazlarına görə 1985-ci ildə ilin anası mükafatına layiq görülüb. 11 dekabr 1987-ci ildə vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Adile_Na%C5%9Fit
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç