İhsan Yüce

İhsan Yüce

Ssenarist, aktyor

BİOQRAFİYA
İhsan Yüce 23 yanvar 1929-cu ildə Elazığda (Türkiyə) anadan olub. Türk kino və teatr aktyoru, ssenarist, rejissor və şairdir. İhsan Yüce İzmir Atatürk Litseyi və İqtisadi və Ticari Elmlər Akademiyasında oxuyub. Bir müddət özəl şirkətlərdə mühasib kimi çalışıb. Sənətə 1952-ci ildə İzmirdə Xalq və Uşaq Teatrında başlayıb. Bir mövsümlük ömrü olan "Bizim Teatr"ı qurub. 1965-1966-cı illər arasında Lalə Oraloğlu Teatrında çalışıb. 1968-ci ildə üç yoldaşı ilə birlikdə Ankara Dram Teatrını yaradıb. Aktyor kimi çəkildiyi ilk film "Altın Yumruk" filmi olub. Ertem Eğilmezin rejissoru olduğu "Sənədə Bir Gün", "Bir Millət Uyanıyor", "Sürtüğün Kızı" kimi filmlərdə aktyorluğunu davam etdirib. Bu arada ssenari yazmağa başlayıb. 1976 -cı ildə Antalya "Altın Portakal" Film Festivalında "İşte Hayat" filmindəki kompozisiyası ilə "Ən yaxşı ikinci plan Erkək Oyuncu" mükafatını alıb. 125-dən çox filmdə oynamış olan Yücenin rəsm əsərləri və həykəltəraşlıq işləri də var. 15 may 1991-ci ildə vəfat edib. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/%C4%B0hsan_Y%C3%BCce
FİLMOQRAFİYA
Ssenarist
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç