Mariya Stüart Şotlandiya taxtına gəlmək üçün Fransadan vətəninə qayıdır və məzhəblərarası çəkişmələrə son qoymağa çalışır. Ancaq məğlubiyyətə uğrayaraq yalnız oğlu İakovun təhlükəsizliyini təmin etmiş olur, özü isə zindana atılır. İakov boya-başa çatdıqdan sonra anasının edamına razılıq verir. Bunun müqabilində uşağı olmayan İngiltərə kraliçası Yelizaveta onu öz qanuni varisi elan edir. İakovun hakimiyyətə gəlişi ilə katoliklər amansız şəkildə təqib olunmağa başlayır. Zülmə qarşı çıxan bir qrup katolik, parlamenti kralla birlikdə partlatmaq üçün sui-qəsd planı cızır...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar