Qari Lyuis
Aktyor
Qari Lyuis 30 noyabr 1957-ci ildə Qlazkoda (Şotlandiya, Böyük Britaniya) anadan olub. “Billi Elliot”, “Nyu-york bandası”, “Eraqon” film və “Supervulkan” sənədli filmindəki rolları ilə tanınıb. 1991-ci ildə Qari rejissor Mallanın “Qısa” qısametrajlı filmində çəkilir. 1994-cü ildə hər iki aktyor Denni Boylun “Dərin olmayan qəbir” filmində rol alır. Ardınca Lyuis Mallanın “Pis oğlanların yaxşı günü” (1995) və “Soyuducu” (1996) iki qısametrajlı filmində yer alır. Ardınca “Yetimlər” qara komediyasında çəkilən Lyuis bu rola görə İspaniyada Hihon kinofestivalında ən yaxşı aktyor adını qazanıb. 1999-cu ildə Maykl Devisin “Matç” komediya melodramında Lyuis baş rollardan birini ifa edib.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D1%8C%D1%8E%D0%B8%D1%81,_%D0%93%D1%8D%D1%80%D0%B8