Cimmi Makqovern

Cimmi Makqovern

Ssenarist, prodüser

BİOQRAFİYA

Ceymz Stenli Makqovern (ing. James Stanley McGovern) – ingilis ssenarist və prodüserdir. “Cracker” (“Krekerin metodu”, 1993-1995) adlı populyar serialın yaradıcısıdır və ona görə Mystery Writers of America cəmiyyəti tərəfindən iki dəfə “Edqar” mükafatına layiq görülüb. 1949-cu ildə İngiltərənin Liverpul şəhərində anadan olub. Daha çox “Krekerin metodu” (Cracker, 1993-1996), “Küçə” (2006-2009), “Davam” (Moving on, 2009-2019), “Müttəhimlər” (Accused, 2010-2012) serialları üzərində gördüyü işə görə tanınır. IMDB məlumat bazasına əsasən 2019-cu ilə qədər 28 film və serialın ssenari müəllifi olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jimmy_McGovern

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç