Klemans Poezi

Klemans Poezi

Aktrisa

BİOQRAFİYA

Klemans Poezi 1982-ci il oktyabrın 30-da L’Ay-le-Rozda (Fransa) anadan olub. Atası aktyor Etyen Gişar, anası isə məktəb müəlliməsidir. Kiçik bacısı Mell Poezi də aktrisadır. Kinoya çəkilməyə başladıqda anasının qız soyadını özünə ləqəb kimi götürür. Məktəbi bitirdikdən sonra Klemen ali milli konservatoriyanın dram sənəti fakültəsində təhsil almağa başlayır. 20 yaşında ilk rolunu - “Olqanın yayı” filmində 16 yaşlı ləçəri oynayır. Dramatik janrda çəkilən film bir çox kinofestivallarda iştirak edir və müxtəlif mükafatlar alır. Bu uğur istedadlı aktrisanın kareyrasına da təsir göstərir. Ardınca Klemans Poezi “Yenə də yaşamaq!”, “Rouz ailəsi” filmlərində çəkilir. Cazibədar görünüşünə görə Klemans fotomodel kimi də fəaliyyət göstərir. Onu məşhur brendlərin reklam çarxlarında görmək olar. 2011-ci ildə ingilis müğənni Maylz Keynlə duet yazdırır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Cl%C3%A9mence_Po%C3%A9sy

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç