Riçard Koyl

Riçard Koyl

Aktyor

BİOQRAFİYA

Riçard Koyl 27 fevral 1972-ci ildə Şeffild şəhərində anadan olub. Uşaqlığı və gəncliyini dörd qardaşı ilə birgə doğma şəhərində keçirib. Politologiya üzrə ali təhsil aldığı York Universitetində oxuduğu illərdə (1991-1994) aktyor oyunu ilə maraqlanmağa başlayıb, müxtəlif həvəskar tamaşalarda aktiv iştirak edib. Dram sənətinin “alüdəçisi” olduğunu dərk etdikdən sonra Edinburq festivalına yola düşüb. Təhsilini yarımçıq qoyaraq, Old Vik teatr məktəbinə daxil olub. 2008-ci ildə “Sevilmiş” filmində Harold Pinter rolunu alıb, paralel olaraq Londonda Komediya teatrının səhnəsinə çıxmağa başlayıb. 2009-cu ildə “Persiya şahzadəsi: Qum saatı” filminə çəkilib. Daha sonra Terri Praçettanın “Poçtalyon” (Going Postal) kitabı əsasında çəkilmiş telefilmdə baş rollardan birini oynayıb. 2003-2010-cu illərdə aktrisa Corciya Makkenzi ilə evli olub. Onların Purdi adlı qızları var. 2011-2017-ci illərdə aktrisa Rut Bredli ilə yaxın münasibətdə olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D0%B9%D0%BB,_%D0%A0%D0%B8%D1%87%D0%B0%D1%80%D0%B4

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç