Film kaliforniyalı, sörfinqlə məşğul olan Cey Moriartinin gerçək həyat hekayəsinə əsaslanır. Erkən yaşlarından sörfinqlə məşğul olmağa həvəsli olan 15 yaşlı Cey, həmişə əfsanəvi 25 metrlik Maverik dalğalarını fəth etməyi xəyal edir. Bu çətin tapşırığın yerinə yetirilməsində ona yerli məşhur bir adam kömək edir - bu həmin dalğaları fəth edən, məşq zamanı Ceylə çox yaxşı münasibətləri olan Frosti Hessondur. Bütün çətinliklərdən keçdikdən sonra, Cey dalğaları fəth edir, məşhurlaşır və həyatının sevgisi Kimlə evlənir. Nəfəsini su altında tutmaq hobbisi onun ölümünə səbəb olur. 22 yaşında o, "kralların idmanı" olan sörf tarixinə adını əbədi olaraq yazdırır.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar