Ebiqeyl Spenser

Ebiqeyl Spenser

Aktrisa, ssenarist, prodüser

BİOQRAFİYA

Ebiqeyl Spenser — amerikalı aktrisadır. 4 avqust 1981-ci ildə ABŞ-ın Florida ştatının Qilf Briz şəhərində anadan olub. Spenser daha çox “Kovboylar yadplanetlilərə qarşı”, “Deməli müharibə”, “Dalğaları fəth edənlər”, “Böyük və dəhşətli Oz”, “Ardını özünüz yaşayın” filmlərində ikinci dərəcəli rollarda çəkilib. 2013-cü ildən başlayaraq Sundance Channel “Keçmişin səhvləri” serialında çəkilir. Spenser 2006-cı ildə “Xüsusi baxış” teleserialında oynayıb. “C.S.I.:Cinayət yeri”, “Qilmor qızları”, “Kabuslarla danışan”, “Ananızı necə qarşıladım”, “Özəl təcrübə” və “Kasl” seriallarında epizodik rollarda çəkilib. 2009-cu ildə “Dəlilər”, 2010-da “Hotorn bacısı”, Fors-Majorlar” (2011-2013) seriallarında ikinci dərəcəli rollarda yer alıb. 2013-cü ildə rejissor və montajor Tom Elkinsin “Konnektikutda Kabuslar 2: Corciya Ruhları” (2013) trillerində baş rolun ifaçısı olub. 2013-cü ildən Spenser Endrü Prüittlə ailəlidir. 19 sentyabr 2008-ci ildə cütlüyün Roman adlı oğlu dünyaya gəlib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Спенсер,_Эбигейл

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç