Körtis Henson

Körtis Henson

Rejissor

BİOQRAFİYA

Körtis Li Henson 24 mart 1945-ci ildə ABŞ-ın Rino şəhərində (Nevada ştatı, ABŞ) daşınmaz əmlak agenti və müəllimə ailəsində anadan olub. Uşaqlığı Los-Ancelesdə keçib. Məktəbi bitirdikdən sonra müstəqil fotoqraflıqla məşğul olmağa başlayır. Bir müddət kino haqqında jurnalda redaktor işlədikdən sonra, 1970-ci ildə Henri Rozembaynla birlikdə “Danviçdə dəhşət” filminə ssenari yazır. Daha sonra 1973-cü ildə isə “Şirin qətl” filminə ssenari yazır və nəticədə elə həmin filmin rejissoru olur. 1990-cı illərin əvvəlində isə kifayət qədər kassa uğuru əldə edən, “Beşiyi yellədən əl (1992) filmini çəkir. 1994-cü çəkdiyi “Los-Anceles sirləri” filmi də tamaşaçıların və kinotənqidçilərin rəğbətini qazanır. Sözügedən film, doqquz nominasiya, o cümlədən, "ən yaxşı film" və "ən yaxşı rejissor işi" kateqoriyaları üzrə “Oskar” mükafatına namizəd olub. Ancaq cəmi iki nominasiya üzrə mükafat qazanıb. Sonuncu çəkdiyi film 2012-ci ildə ekranlara çıxan “Dalğaların hökmdarları” filmi olub. Rejissor demensiya xəstəliyi ilə əlaqədar kinodan gedib. 2016-cı ildə 71 yaşında öz evində dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Curtis_Hanson

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç