Maykl Apted
Rejissor, ssenarist, prodüser
Maykl Devid Epted – ingilis kinorejissor, ssenarist, prodüser və aktyordur. Olduqca məhsuldar kinematoqraflardan biridir. Daha çox “Bir dünya kifayət etmir”, “Narniya Salnamələri: Şəfəq fatehi” filmlərinin rejissoru kimi tanınır. Maykl Epted həmçinin “Up” adlı sənədli film silsiləsinin müəllifi kimi şöhrət qazanıb. Sənədli serial 1964-cü ildə 7 yaşında olmuş 14 Britaniyalı uşağın hekayəsini danışır. 2003-2009-cu illərdə Amerika Kino rejissorları Gildiyasının prezidenti olub. Sonradan onun katib-xəzinədarı vəzifəsini tutub. 10 fevral 1941-ci ildə Bakinqemşir qraflığının Eylsberi şəhərində dünyaya göz açıb. Valideynləri sığorta şirkətinin əməkdaşları olub. Maykl “London Siti” uşaq məktəbində oxuyub. Orta təhsilini başa vurduqdan sonra Kembric Universitetinin kolleclərindən birində tarix və hüquq üzrə ali təhsil alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D0%BF%D1%82%D0%B5%D0%B4,_%D0%9C%D0%B0%D0%B9%D0%BA%D0%BB