Conni Ueston

Conni Ueston

Aktyor

BİOQRAFİYA

Conni Ueston amerikalı aktyordur. 16 iyun 1988-ci ildə ABŞ-da anadan olub. Uşaqlığı Cənubi Kaliforniyada keçib. Los-Ancelesin Cənubi Kaliforniya universitetində ali təhsil alıb. Kimya ixtisası üzrə oxusada, sonradan qəti şəkildə aktyor olmağa qərar verir. Bir neçə aya ulduz olacağı ümidi ilə Nyu-Yorka uçub, teatr və televiziya layihələrində iştirak etmək istəyib. Ancaq bir neçə teleserialın epizodlarında iştirak etdikdən sonra cüzi qonorar qazandığını görüb və Bruklinin yoxsul məhəllərindən birində mənzil kirayə götürməyə məcbur qalıb. Ueston Los-Ancelesə bir istiqamətə aviabilet alaraq, menecerlərdən birinin dəvəti ilə kastinqə yollanıb. Gənc aktyor çox risk edirdi, çünki çəkilişlərdən topladığı olan-qalan pulunu biletə vermişdi. Artıq geri dönməyə pulu yox idi. Ona görə Conni Ueston kastinqdən keçmək üçün əldindən gələni edir və “Çerri” dramında baş qəhrəmanın boyfrendi roluna təsdiq olunur. Bir ildən sonra artıq Conni Ueston beynəlxalq səviyyəli kastinqdə iştirak edir və “Dalğa fatehləri” bioqrafik filmində baş rolu qazanır. Bundan sonra karyerasında yüksəliş dövrü başlayır. “Kontinium” elmi-fantastik filmində baş rola dəvət alır, “Divergent” tineycer franşizasının iki hissəsinə çəkilir. Aktyor Xoakin Feniksin fanatıdır, əmin edir ki, Feniksin aktyorluq məharəti olmasaydı, Ziqmund Freyd ideyalarının davamçısı və ya yazıçı olacaqdı. Ən böyük arzularından biri Betmen haqqında növbəti tam metrajlı filmdə “Coker” rolunu oynamaqdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/jonny_weston/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç