Ranqo adlı buqələmun öz terrariumunda qəm çəkir. O sakit yox, macəra dolu həyat arzulayır. Günlərin bir günü, təsadüf nəticəsində azadlığa çıxır. Yolun sağı da, solu da ucsuz-bucaqsız səhralıqdır. Ac və susuz, bir təhər şahinin caynaqlarından qurtulub kiçik bir şəhərciyə gəlib çıxır. Bu şəhərcikdə qanunsuzluq və dərəbəylik baş alıb gedir. Yerli sakinlərə özünü qəhrəman kimi tanıtdıran Ranqo qısa zamanda ədalət keşikçisinə çevrilir. Ancaq şöhrət bir qədər sadəlövh olan Ranqonun gözlərini bağlayıb və o reallıqda baş verənləri olduğu kimi görə bilmir. Bu şəhərcikdə qayda-qanun yaratmaq çox müşkil məsələdir....
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar
Bu filmin Video.az da başqa bir tərcüməsi var idi film çox gözəl dublaj edilmişdi sözlər, səslər çox doğma idi. Bu filmə əlli dəfə baxmışam yenədə baxaram amma burda bu tərcümə ilə yox.