Con Loqan
Ssenarist, prodüser
Con Devid Loqan 24 sentyabr 1961-ci ildə Çikaqoda (ABŞ) anadan olub. Mühacir valideynləri ABŞ-a Şimali İrlandiyadan köçüb. Ailənin sonbeşiyidir. Şimal-Qərb Universitetində ali təhsil alıb, 1983-cü ildə həmin təhsil ocağını bitirib. Kinoya gəlişinə qədər Çikaqoda çox müvəffəqiyyətli dramaturqlardan biri hesab olunub. Ən yaxşı orijinal ssenari nominasiyasında iki dəfə "Oskar" mükafatına namizəd olub. Onun “Əsla günahkar olmayan” adlı ilk pyesi böyük uğur qazanıb, ardınca “Hauptman” və “Çay mənzərəsi” pyeslərini yazıb. 2010-cu ildə “Qırmızı” adlı pyesi ona, 6 “Toni” mükafatı qazandırıb. 2001-ci ildə Devid Franzoni və Uilyam Nikolsonla birgə “Qladiator” filminə yazdığı ssenariyə görə isə “Oskar” mükafatına namizəd olub. Daha sonra yenə, 2005-ci ildə Martin Skorsezinin çəkdiyi “The Aviator” filminə yazdığı ssenariyə görə “Oskara” namizəd olub. Onun ssenariləri əsasında çəkilmiş digər uğurlu filmlərə “Zaman Maşını”, “Sonuncu Samuray” və “Ulduz yolu: Qisas” filmlərini misal gətirmək olar.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%BE%D0%B3%D0%B0%D0%BD,_%D0%94%D0%B6%D0%BE%D0%BD