Rey Uinston

Rey Uinston

Aktyor, prodüser

BİOQRAFİYA

Rey Uinston 19 fevral 1957-ci ildə Londonda (İngiltərə) anadan olub. Valideynləri meyvə və tərəvəz biznesi ilə məşğul olub. O, 12 yaşında Almaniyadakı Repton klubunda boksla məşğul olmağa başlayıb. Boks üzrə həm məktəb, həm də milli çempionatlarda dəfələrlə iştirak edib. 10 il ərzində idmanda 80-dən çox medal və digər mükafatlar qazanıb. Sonradan "Corona" aktyor məktəbində oxuyub. Rejissor Alan Klark onu "The Throwaways" filminə dəvət edib. O vaxtdan bəri bir çox televiziya layihələri və tammetrajlı filmlərdə çəkilib. Keçmiş Sovet İttifaqı tamaşaçılarına "Şervudlu Robin" serialındakı sabiq əsgər Uill Skarlet obrazı ilə məşhurlaşıb. 1979-cu ildən Elayn Uinstonla ailələdir. Üç övladı var. Böyük qızları Lois müğənni, ortancıl Cemi isə aktrisadır.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ray_Winstone

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç