Ayla Fişer

Ayla Fişer

Aktrisa

BİOQRAFİYA
Ayla Fişer 3 fevral 1976-cı ildə Maskatda (Oman) anadan olub. Şotland əsilli avstraliyalı aktrisadır. “Skubi-Du” (2002), “Çağrılmamış qonaqlar” (2005), “Yalanın illüziyası” (2013) filmləri ilə tanınır. 9 yaşı olanda Ayla Avstraliya televiziyasında görünməyə başlayıb. Sonra o, “Bey- Siti” və “Paradise Beach” seriallarında çəkilib. 1996-cı ildə "ən populyar aktrisa nominasiyasında" “Logie” mükafatını qazanıb. 2001-ci ildə Fişer “Basseyn” qorxu filmində rol alıb. 2005-ci ildə Ayla “Çağırılmamış qonaqlar” filmindəki roluna görə MTV mükafatına layiq görülüb. 2006-cı ildə Manxetten gecəsinin sahibəsi rolunu ifa edir. 2007-ci ildə Cozef Qordon-Levittlə və Metyu Qudla birlikdə “Yalan” trillerində çəkilir. Ardınca Fişer 13 fevral 2009-cu ildə böyük ekranlara çıxan “Şopoqolikin sirli dünyası” kitabının adaptasiyasında baş rola çəkilir. Tənqidçilər filmi müsbət qarşılamasalarda, ilk günlərdə prokat filmlər xit paradında 15 054 000 dollar gəlir əldə olunub. Nəticədə “Şopoqolik” filmi Fişer üçün ən çox gəlir gətirən filmlərindən biri olub. Bu filmə görə o, “Teen Choice” mükafatını qazanıb. Aktrisa 15 mart 2010-cu ildən Saşa Baron Koenlə evlidir. Onların üç uşağı var.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Isla_Fisher
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç