Bill Nayi 12 dekabr 1949-cu ildə Katerhemdə (Surrey qraflığı, İngiltərə) anadan olub. İngilis aktyorudur, “Qızıl Qlobus” və BAFTA mükafatı laureatıdır. Əsasən “The Boat That Rocked”, “Həqiqi sevgi”, “Başqa dünya”, ”Karib dənizinin quldurları” və sair filmləri ilə tanınır. Bill Con Fişer adına oğlanlar məktəbində oxuyub. İlk aktyorluq təcrübəsini məktəb teatrının səhnəsində qazanıb. 15 yaşında mağazada kuryer kimi işləməyə başlayıb. 16 yaşında Nayi yazıçı olmaq üçün evdən Parisə qaçır. Ancaq arzusu həyata keçmir və İngiltərəyə qayıdır. Sonra Gilford aktyorluq məktəbinə daxil olur. Təhsilini bitirdikdən sonra Uotermil teatrında debüt edir. 70-ci illərin ortalarında iki mövsüm aktyor Liverpuldakı “Everyman” teatrında çalışır. Səhnə fəaliyyəti ilə yanaşı, Bill həm də tez-tez fasilələrdə və tamaşaların bitməsindən sonra barmen kimi işləyirdi. 27 il Billin tərəf-müqabili aktrisa Diana Kuik olub, ondan qızı Meri (1984) doğulub. Onlar 2008-ci ildə ayrılıblar. Nayi Dyupyuitren kontrakturundan əziyyət çəkdiyinə görə hər iki əlində adsız və çeçələ barmaqları qatlanmır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Bill_Nighy