Filmdə hadisələr 2003-cü ildə, yaz aylarında Nyu-Yorkun küçələrində cərəyan edir. Neyna Kapurun qəlbində isə hələdə qışdır. Atasının ölümü ailə münasibətlərinin mürəkkəbləşməsinə və konfliktlərin artmasına səbəb oldu. İndi onun həyatı bacı və qardaşının qayğısını çəkməklə keçir. Üstəlik anası Cenniferə də yardımçı olur. Bu azmış kimi hələ nənəsinin tünd xasiyyəti lap təngə gətirib. Əyləncələrdən, gəzintilərdən, görüşlərdən yan gəzən qızın həyatı monoton keçir. Neynanın 23 yaşı olmağına baxmayaraq, qəlbinin dərinliyində öz ciddi və darıxdırıcı həyatı ilə barışıb. Günlərin birində həddən artıq optimist və inadkar gənc Aman Mathurun ona aşiq olması ilə hər şey tamam dəyişir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar