Şahrux Xan
Aktyor, prodüser, ssenarist
Şahrux Xan 2 noyabr 1965-ci ildə Dehlidə (Hindistan) anadan olub. Romantik dram janrından tutmuş, hərəkət trilleri janrına kimi olan 80-ə yaxın filmdə rol alıb. Şahrux Xan "Bollivudun Padşahı", "Kral Xan", "Romantikanın Kralı" və "Bollivudun kralı" kimi tanınır. O, romantik dram janrından tutmuş, hərəkət trilleri janrına kimi, 80-ə yaxın filmdə rol alıb. Ş.Xan kino istehsalında çoxlu nailiyyətlər, o cümlədən 14 "Filmfare" mükafatı əldə edib. İqtisadiyyat fakültəsini bitirib bakalavr dərəcəsi alan aktyor öz karyerasına teatrda başlayıb. 1980-ci illərin sonunda bir neçə televiziya serialında iştirak edən aktyor 1992-ci ildə “Dəlisov məhəbbət” (Deewana) filmi ilə hinddilli film sahəsində debüt edib. Karyerasının erkən vaxtlarında "Qorxu" (Darr-1993), "Qumarbaz" (Baazigar-1993), "Nəticə" (Anjaam-1994) kimi filmlərdə ənənəvi olmayan mənfi rolları ilə tanınıb. “Bu ürək dəlidir” (Dil To pagal Hai-1997) və “Nə isə baş verir” (Kuch Kuch Hota Hai-1998) kimi filmlərdə oynadığı romantik rolları ilə məşhurluq qazanıb. Bu filmlərin kommersiya uğuru onu "Romantikanın Kralı" kimi tanıtdırıb. Şahrux Xan sonralar 2004-cü ildə “Vətən” (Swades) filmindəki roluna görə NASA aliminin tənqidi qiymətini qazanıb. Onun rol aldığı 12 film bütün dünyada 18.2 milyon ABŞ dollarından çox gəlir əldə edib. Şahrux Xan 620 milyon dollarlıq kapitala malikdir. O, hind film prodüseri və rəssamı Qauri Xanın həyat yoldaşıdır. Üç övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/%C5%9Eahrux_Xan