Saif Əli Xan
Aktyor
Saif Əli Xan 16 avqust 1970-ci ildə Yeni Dehli şəhərində (Hindistan) anadan olub. İslam dininə etiqad edir. Atası Mənsur Pataudi Hindistanın kriket üzrə yığmasının keçmiş üzvü olub. Anası Şarmila Taqor tanınmış kinoaktrisadır. Nobel laureatı Rabindranat Taqorun uzaq qohumudur. Anası ərə getdikdən sonra İslam dinini qəbul edib və adını Ayişə Sultana dəyişib. Saifin iki bacısı var. Saba Əli Xan zərgərlik üzrə dizayner, Soha Əli Xan isə aktrisadır. Aktyor uşaqlıqda islam tərbiyəsi görüb, müntəzəm olaraq Quran oxuyub, nənəsi onun müsəlman kimi böyüməsinə şəxsən nəzarət edib. Xan “din mənim tərbiyəmdə vacib rol oynayıb” deyə bildirib. Əvvəl "Lawrence School Sanawar" məktəbində oxuyub, sonradan "Lockers Park" hazırlıq məktəbində təhsilini davam etdirib. Ardınca İngiltərədə özəl oğlanlar məktəbində təhsil alıb. 1991-ci ilin oktyabrında Saif aktrisa Amrite Sinqhlə ailə qurub. Bu izdivac Hindistanda böyük əks-səda doğurub. Çünki Amrita ondan 12 yaş böyük olub. 13 il davam edən nikahdan sonra cütlük 2004-cü ildə yollarını ayırıb. Onların Sara Əli Xan (1993) və İbrahim Əli Xan adlı uşaqları var. 2007-ci ildən aktrisa Karina Kapurla vətəndaş nikahında olub. 16 oktyabr 2012-ci ildə cütlük toy edərək, münasibətləri rəsmiləşdirib. 20 dekabr 2016-cı ildə Teymur Əli Xan adlı oğlu olub. 18 fevral 2007-ci ildə Saif döş qəfəsi nayihəsinin kəskin ağrıları ilə Mumbay xəstəxanasına çatdırılıb. Müalicə başa çatdıqdan sonra siqaret çəkməyi tərgidəcəyini bildirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D0%BD,_%D0%A1%D0%B0%D0%B8%D1%84_%D0%90%D0%BB%D0%B8