Caya Bhaduri
Aktrisa
Caya Bhaduri Baççan 9 aprel 1948-ci ildə Kəlküttə şəhərində (Hindistan) benqal ailəsində anadan olub. İlk dəfə filmə 1963-cü ildə çəkilib. 2001-ci ildə “Həm sevincdə, həm kədərdə” filminə çəkilib. Ailəlidir, iki övladı var. Uşaqları Şveta və Abhişek Baççandır. Atası Tarun Kumar Bhaduri jurnalist, yazıçı, rəssamdır. Anası İndira Bhaduridir. Əri Amitabh Baççan aktyordur. Caya karyerasınına 1963-cü ildə Satyacita Rayanın "Böyük şəhər" filmində kiçik rolu ilə başlayıb. Daha sonralar o, uzun illər filmlərə çəkilmir. Amitabh Baççanla evlənir, uşaqları doğulur. 1981-ci ildə yenidən sənətə qayıdır.