Kacol

Kacol

Aktrisa

BİOQRAFİYA

Kacol Mukherji 5 avqust 1974-cü ildə Bombeydə (Hindistan) doğulub. Anası Tanuca da vaxtilə aktrisa olub. Bacısı Tanişa hind kanallarının birində televiziya proqramının aparıcısıdır. Atası Şomu isə prodüserdir. Nənəsi Şobhna və xalası Nutan da Bollivudun tanınmış aktrisalarından olub. Hətta ulu nənəsi də bir dəfə kinoya çəkilib. Kacol kinoda debütünü 1992-ci ildə "Bekhudi" filmi ilə edib. Ona ən böyük uğur isə Hindistan kinosunun kralı Şahrux Xanla birgə çəkildiyi "Cəsur ürək gəlini alar" filmindən sonra gəlir. Kacol yeganə aktrisadır ki, Raciv Rayın "Gupt" filmindəki obrazına görə “Ən yaxşı mənfi rol” nominasiyasında mükafat qazanıb. "Ailə və qanun" müştərək filminin çəkilişləri zamanı Kacol aktyor Acay Devqanla tanış olur. Bundan sonra, düz, dörd il aktyorlar görüşməyə başlayır və 24 fevral 1999-cu ildə ailə həyatı qururlar. 2002-ci ildə Kacolun yeganə istəyi və bütün dualarının səbəbkarı (aktrisanın özü dediyi kimi) qızı Nisa dünyaya gəlir. Qızının anadan olmasından sonra Kacolun karyerasında qısa bir durğunluq yaranır. Lakin bu kiçik durğunluq tezliklə aradan qalxır. 2006-cı ildə o, Kunal Kohlinin "Kor məhəbbət" filmində aktyor Əmir Xanla birgə çəkilir. 2010-cu ildə Kacol və Acayın Yuq adlı oğulları dünyaya gəlir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Kacol

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Ələsgər Məhərrəmov   01.12.2024
Kor Məhəbbət filminidə yükləyin zəhmət olmazsa...
Elesger1991   29.05.2024
Qaçırılmamış Gəlin filminin adı var amma özü yox?
2