Rani Mukherji
Aktrisa
Rani Mukherji 21 mart 1978-ci ildə Kəlküttə şəhərində (Hindistan) anadan olub. Mukherji ailəsi çox tanınmış ailə sayılır. Raninin atası Ram Mukherji tanınmış rejissor, anası isə müğənnidir. Rani orta məktəbi bitirəndən dərhal sonra Mumbayın kino istehsalçılarından təkliflər almağa başlayır. O, Bollivuda gedir və nəticədə dünya kino sənayesinin ən yaxşı aktrisalarından birinə çevrilir. 1996-cı ildə çəkildiyi ilk filmi olan "Raja Ki Aayegi Baraat" o qədər də uğur qazana bilmir. Rani Mukherjinin çəkildiyi "Həyatda hər şey olur" (1998) ekran əsəri onun böyük müvəffəqiyyət qazanmasına səbəb olur. O, bu filmdə Hindistan kinosunun əfsanəsi, aktyor Şahruh Xanla tərəf müqabili olur. Bu filmdən sonra Raniyə gələn kino təklifləri daha da artır. O, 2002-ci ildə "Sevgi anatomiyası" filminə çəkilir. 2004-cü il Rani üçün daha uğurlu gəlir. Hindistanın nəhəng kino şirkətlərindən olan "Yash Raj Films" Rani ilə əməkdaşlıq edir. Möhtəşəm kino nümunəsi olan "Vir və Zara" filmində (rejissor: Yaş Çopra) ifa etdiyi rol geniş tamaşaçı auditoriyasının rəğbətinə səbəb olur. Rani Mukherji üç dəfə (2005-ci ildən 2007-ci ilə qədər) "Bollivudun ən yaxşı aktrisaları" siyahısına başçılıq edib. 2014-cü ildə Hindistanın məşhur rejissoru Yaş Çopranın oğlu, rejissor və prodüser Aditya Çopra ilə ailə qurub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: