Ölümün Ziddinə ( Hard to Kill 1990 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, ABŞ, 16+
Ölümün Ziddinə Hard to Kill
96 dəq.
az, ru, en
720p, 360p
Kəskin Dram Kriminal Detektiv Məhəbbət
6.4 TvSeans   5.8 IMDb   7 Kinopoisk  
Filmi izlə
Sonra izlə

Təsvir

Ekran əsərində hadisələr 1983-cü ildə cərəyan edir. Polis əməkdaşı Meyson Storm xirtdəyinə kimi korrupsiyaya qurşanmış siyasətçi Venon Trentə qarşı kompramat əldə etməklə onun açıq düşməninə çevrilir. Onda siyasətçinin kriminal fəaliyyətini sübuta yetirən maddi sübut var. Kreslosundan bərk yapışan Trent Meyson Storma “ov elan” edir. Onun göstərişi ilə quldur dəstəsi evinə hücum edir: silahlı basqında ailə üzvləri faciəvi şəkildə həlak olur, Meyson isə ölümcül yaralanır. Dostu Kevin onu xilas etmək üçün ölümünü səhnələşdirir: Onu Con Dou adı altında xəstəxanaya yerləşdirir. Məlum hadisənin üzərindən yeddi il vaxt keçir, Meyson gözlənilmədən komadan oyanır. Ailəsinin qisasını almaqda israrlı olan Meyson indi heç kimə etibar edə bilməz. Çünki komada olduğu illər ərzində korrupsiya hüquq mühafizə orqanlarına belə yol tapıb...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Rejissor(lar):
Brüs Melmat
Ssenarist(lər):
Stiven MakKey
Baş Rollarda:
Stiven Siqal, Kelli LeBrok
Digər Rollarda:  
Din Norris, Uilyam Sedler, Brenskom Riçmond

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç