Brüs Melmat

Brüs Melmat

Rejissor

BİOQRAFİYA

Brüs Malmot – amerikalı rejissor, ssenarist, prodüser və ikinci plan rolları aktyorudur. Rejissor kimi “Gecə şahinləri” və “Ölümün ziddinə” filmlərinə görə tanınır. Brüs Malmot 4 fevral 1934-cü ildə Bruklin şəhərində anadan olub. Onun Deniel adlı qardaşı var. 1970-ci ilə qədər Brüs Barbara Malmotla evli olub. Onların Evan Ceyms adlı oğlu var. ABŞ ordusunda həqiqi hərbi xidmət keçən zaman sənədli filmlər çəkməyə başlayıb. Səfərbərlikdən sonra "New York Yankees" komandasının oyunları zamanı yerli radiostansiyada yayım üzrə rejissor işləyib. Daha sonra reklam çarxları çəkməyə başlayıb. Bəzi reklamları “Clio Awards” mükafatını qazanıb. Kinoda debütünü 1975-ci ildə “Sevgi oyunu” adlı filmdə gerçəkləşdirib, kinonu Con Evildsenlə birlikdə lentə alıb. 1981-ci ildə Silvestr Stalonnenin baş rola çəkildiyi “Gecə şahinləri” filmini çəkib. Onun 1990-cı ildə Stiven Siqalın iştirakı ilə çəkdiyi “Ölümün ziddinə” filmi “Paste” jurnalının versiyasına görə “tarixin 100 ən yaxşı döyüş filmi” reytinqinə düşüb (87-ci yer). Sonuncu filmi 1994-cü ildə Dolf Lundqrinin baş rola çəkildiyi “Ölümcül pentatlon” filmi olub. Brüs Malmot 29 iyun 2005-ci ildə Los-Ancelesdə qida borusu xərçəngindən vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BB%D0%BC%D1%83%D1%82,_%D0%91%D1%80%D1%8E%D1%81

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç