Stiven Siqal

Stiven Siqal

Aktyor, prodüser, ssenarist, rejissor

BİOQRAFİYA

Stiven Siqal 10 aprel 1952-ci ildə Lensinq şəhərində (Miçiqan ştatı, ABŞ) əslən yəhudi olan riyaziyyat müəllimi Semuel Stiven Siqal və əslən irland olan xəstəxana işçisi Patrisiya Siqalın (1930—2003) ailəsində doğulub. Siqalın atasının yəhudi və anasının irland əsilli olması ziddiyətlidir. Siqalın sözlərinə görə, uşaqlıq illərində ona babasının monqol olması haqda deyirdilər. Babası (Nathan Siegelman, 1892—1973) və nənəsi (Dora Goldstein, 1894—1989) Amerikaya Sankt-Peterburqdan köçmüş yəhudilərdən idi və onların soyadları "Siegelman" ifadəsindən "Seagal" ifadəsinə kimi dəyişilib. Ailədə Siqal 4 uşaqdan ikincisi idi. Onun yaşca böyük bacısı və ondan yaşca kiçik olan iki bacısı var. 1957-ci ildə ailəsi Kaliforniya ştatının Los-Anceles şəhərinə yaxın "Orinc ətrafı" ərazisinə daxil olan Fullerton şəhərinə köçüb. Siqal 7 yaşından başlayaraq karate, 15 yaşından isə aykido ilə məşğul olmağa başlayır. Siqalın ilk müəllimi "Orinc ətrafı" ərazisində aykido məktəbi açan və "Şixan" vəzifəsində müəllimlik edən Kösi İsisakinin rəhbərliyi altında aykidonu öyrənməyə başlayır. Həmin müddətdə isə aykido sənəti ABŞ-da az tanınan döyüş sənətlərindən biri olur. 1971-ci ildə Siqal Fullerton kollecini bitirdikən sonra bu döyüş sənətinin sirlərinə yiyələnmək üçün Yaponiyaya köçür və Koiçi Toxeyanın rəhbərliyi altında məşğul olmağa başlayır. 1974-cü ilin yay ayında Koiçidən aykido üzrə 1-ci dan dərəcəli qara kəmərə layiq görülür və "Şodan" vəzifəsinə sahib olur. Stiven Siqal 1975-ci ildə Yaponiyanın Cüso rayonunda yerləşən Osaka şəhərində "Tenşin" adlı aykido məktəbi açır. Bununla da Siqal Yaponiyada şəxsi aykido məktəbinə rəhbərlik edən ilk ABŞ-lı olur. Məktəbinin və ya dodzesinin adı olan "Tenşin Buqey Qakuen" ifadəsi yaponcadan milli döyüş sənətlərinin məktəbi "Səmavi ruh" mənasını verir. Ardınca Siqal aykido üzrə bir çox müəllimlərin rəhbərliyi altında məşq edib. Onun müəllimlərindən biri aykido döyüş növünün əsasını yaradan Morihey Ueşibanın tələbələrindən biri olan və 10-dan dərəcəli qara kəmərə sahib olan Seyseki Abe olmuşdu. Siqal ilk məktəbinin açılışdan bir müddət sonra 1983-cü ildə məktəbini Los-Ancelesə köçürür və burada müəllimlik etməyə başlayır. 1988-ci ildən başlayaraq filmlərə çəkilməyə başlayır və ilk filmdən məşhurlaşır. Siqal ardınca 5-ci dan, 6-cı dan dərəcələrinə layiq görülür və nəhayət, 7-ci dəfədən dərəcəni qazandıqdan sonra məktəbində "Şixan" vəzifəsində müəllimlik edir. Stiven Siqal bir neçə dəfə evli olub. İlk həyat yoldaşı Miyako Fucitani ilə 1975-ci ildə evlənib, bir müddət keçdikdən sonra Kentaro Siqal və Ayako Fucitani adlı övladları dünyaya gəlib. Stiven boşandıqdan sonra 1984-cü ildə televiziya seriallarında iştirak edən italyan əsilli Edrienn La Russa adlı aktrisa ilə ailə həyatı qurur və 1987-ci ildə Edrienndən boşanır. Stiven ABŞ aktrisası Kerri LeBrok ilə 1987-1996-cı illər ərzində ailə həyatı qurmuş və ondan Annaliza, Dominik və Arissa adlı övladı doğulub. 1996-cı ildə üçüncü evlilikdən olan uşaqların dayəsi Arissa Vulf ilə evlənir və ondan Savanna adlı qız övladı övladı dünyaya gəlir. Siqal təkrar boşandıqdan sonra monqol rəqsçisi Erdenetuy Batsux ilə ailə həyatı qurur və ondan Kunzanq adlı oğlu dünyaya gəlir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Stiven_Siqal

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç