Uilyam Sedler

Uilyam Sedler

Аktyor

BİOQRAFİYA

Uilyam Sedler 13 aprel 1950-ci ildə ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində anadan olub. Aktyor olaraq debütünü Nyu-York teatrının səhnəsində gerçəkləşdirib. 1970-ci illərin sonları, 1980-ci illərin əvvəllərində bir neçə televiziya filmi və seriala çəkilib. 1982-ci ildə “Dələduzluq” komediyasında ikinci plan aktyor rolunu oynayıb. “Ölümün Ziddinə” filmində baş antoqonist senator Vernon Trent rolunu ifa edib. 1990-cı ildə “Məğlubedilməz 2” döyüş filmində polkovnik Stüart rolu ona nəsib olub. 1990-cı ildə Don Conson, Virciniya Medsenlə birlikdə “Odla oynayan” trillerinə çəkilib. Ekran əsərində Frenk Satton rolunu ifa edib. 1992-ci ildə “Bill və Tedin yeni sərgüzəştləri” komediyasında oynadığı Qrim Riper roluna görə “Saturn” mükafatını qazanıb. 1993-cü ildə “Eybəcərlər” (Freaked) fantastik komediyasında mərkəzi rollardan birini oynayıb. 1998-1999-cu illərdə “Ulduz yolu: Uzaq kosmos 9” serialının bir neçə epizoduna Lüter Sloan roluna çəkilib. Rejissor Frenk Darabontun yazıçı dostu Stiven Kinqin eyniadlı romanları əsasında lentə aldığı üç şah əsərində (“Şouşenkdən qaçış”, 1994 / “Yaşıl mil”, 1999 / “Duman”, 2007). 1977-ci ildən etibarən aktrisa Marni Coan Bakstla evlidir. Bir övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%8D%D0%B4%D0%BB%D0%B5%D1%80,_%D0%A3%D0%B8%D0%BB%D1%8C%D1%8F%D0%BC_(%D0%B0%D0%BA%D1%82%D1%91%D1%80)
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç