Brenskom Riçmond

Brenskom Riçmond

Aktyor, prodüser, rejissor

BİOQRAFİYA

Brenskom Riçmond 8 avqust 1955-ci ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) anadan olub. Atası Leo Riçmond özü kimi aktyor-kaskadyor olub. Valideynləri ona Londonun şəhərkənarında yerləşən Brenskom kəndinin adını verib. Uşaqlıqdan musiqi ilə məşğul olub. Akkordion, gitara və pianoda ifa edə bilib. Özünün saksafona marağı olsa da, atasının təkidi ilə yalnız bu üç alətlə məhdudlaşmalı olub. Riçmond həmçinin ifaçılıq üzrə təhsil alıb. Altı yaşında olanda Marlon Brandonun iştirakı ilə “Baunti qiyamı” filmində kinodebütünü gerçəkləşdirib. Həyatını kino ilə bağlamaq niyyətində olmayıb, peşəkar beysbolçu olmağa çalışıb. Habelə idman karyerasını qura bilməyib və sonda elə kinoaktyor və kaskadyor olub. Karyerası ərzində 130-dan çox film və serialın çəkilişində iştirak edib, 50-dən çox filmdə kaskadyorluq edib. Brenskom Riçmond Li Riçmondla evlidir. Onların dörd övladı var. Böyük kinoda daha çox “Əqrəblər kralı” (2002), “Aramızdakı yadlar” (They Live1988), “Ölümcül savaş” (Mortal Kombat, 1995), “Uçuşda” (Forgetting Sarah Marshall, 2008) filmlərindəki rolları ilə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Branscombe_Richmond

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç