Kelli LeBrok

Kelli LeBrok

Aktrisa

BİOQRAFİYA

Kelli Lebrok 24 mart 1960-cı ildə Nyu-York şəhərində (ABŞ) anadan olub. Uşaqlığı Londonda keçib. Model karyerasına 16 yaşından qədəm qoyub, tez bir zamanda “Eylin Ford” agentliyinin ən populyar modellərindən birinə çevrilib. Kinoda debütünü 1984-cü ildə edib. 1985-ci ildə “sabahın ulduz aktrisası” nominasiyasında “ShoWest Awar” mükafatına layiq görülüb. 1985-ci ildə Oingo Boingo qrupunun “Weird Science” mahnısının klibinə çəkilib. Sonradan “Qırmızı geyimli qadın”, “Ölümün ziddinə”, “Ah, bu elm”, “Göyərçinin xəyanəti”, “Çətin qənimət”, “Günahsız günahkar” və digər filmlərdə rol alıb. “Qırmızı geyimli qadın”, “Ölümün ziddinə”, “Ah, bu elm” filmlərində oynadığı rolları ilə yadda qalıb. 30 noyabr 2013-cü ildə içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs olunub. 1984-1986-cı illərdə prodüser Viktor Drayla evli olub. 1987-ci ildən 1996-cı ilə kimi tanınmış döyüş filmləri ulduzu və aykido ustası Stiven Siqalda ərdə olub. “Ölümün ziddinə” adlı filmə birlikdə baş rollara çəkiliblər. Cütlüyün 1987, 1990 və 1993 təvəllüdlü üç övladı var. 2007-ci ildə bankir Fred Stikerə ərə getsə də, bir ildən sonra ondan ayrılıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B5%D0%B1%D1%80%D0%BE%D0%BA,_%D0%9A%D0%B5%D0%BB%D0%BB%D0%B8

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç