Ekran əsərlərinin qəhrəmanları kub şəkilli müəmmalı otaqlarda oynanırlar. Bu otaqlar bir-birilə qarşılıqlı əlaqəlidir. Onlardan heç biri bu qəribə məkana necə düşdüklərini xatırlamır. Otaqdan-otağa adlayıb, nəhayət bir araya gəlirlər. Həkim, keçmiş məhbus, şagird, polis, dizayner və autist oğlan uzun müddət bu klaustrofobik otaqlar sistemindən can qurtarmağa çalışır. Demək olar ki, hər növbəti kub şəkilli otaqda ölümcül təhlükəli tələlər var. Bu tələlər səsə, hərəkətə hətta nəfəsə belə reaksiya göstərir. Ağlı tədricən başından çıxan Kventin adlı polis onların düşdüyü müşkül vəziyyəti daha da pisləşdirmiş olur. Qəhrəmanlar otaqlarda qeyd olunan rəqəmlərin əslində yeganə qurtuluş yolu olduğunu anlamağa başlayır...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar