Devid Hyülett

Devid Hyülett

Aktyor

BİOQRAFİYA

Devid Yen Hyülett 18 aprel 1968-ci ildə Britaniyanın Sürrey qraflığının Redhill şəhərində doğulub. 2000-2004-cü illərdə aktrisa Su Qereylə evli olub. 2006-cı ildə Ceyn Loumanla nişanlanıb. 2007-ci ildə cütlük nişanlandıqlarını ictimai şəkildə elan edib. 2008-ci ildə Sebastyan Flinn Louman-Hyülett adlı oğlu doğulub. Elə həmin ilin iyunun 21-də Vorviks kilsəsində izdivaca daxil olublar. Devid Hyülettin üç bacı-qardaşı var. Onlardan biri – Keyt Hyülettdir, “Ulduz qapıları: Atlantida” serialının dörd seriyasına çəkilib. Key qardaşının  “İt yeməyi” adlı filmində Merilin roluna çəkilib. Əslən ingilisdir. “Ulduz qapıları: SG-1”, “Ulduz qapıları: Atlantida”, “Ulduz qapıları: Kainat” elmi-fantastik seriallarında canlandırdığı doktor Rodni Makkey rolu ilə tanınır. Həmçinin “Suyun şəkli” (2017), “Meymunlar planetinin qiyamı” (2011), “Kub” (1997) filmlərində canlandırdığı obrazlarla yadda qalıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D1%8C%D1%8E%D0%BB%D0%B5%D1%82%D1%82,_%D0%94%D1%8D%D0%B2%D0%B8%D0%B4

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç