Nikki Quadanyi

Nikki Quadanyi

Aktrisa

BİOQRAFİYA

Nikki Quadanyi - kanadalı televiziya-radio, teatr və kino aktrisasıdır. Monreal şəhərində doğulub. Douson kollecində dram sənəti üzrə bakalavr dərəcəsi əldə edib. Daha sonra aktrisalıq bacarıqlarını Londonun Kral Dram İncəsənət Akademiyasında təkmilləşdirib. Məzun olduqdan sonra ilk dəfə Uest End of London teatrın səhnəsində The Tempest adlı tamaşada səhnəyə çıxıb. Beş dəfə Gemini Awards mükafatına namizəd olub. 1998-ci ildə ən yaxşı ikinci plan aktrisa, 2004-cü ildə isə “ən yaxşı qonaq aktrisa” nominasiyasında qalib gəlib (söhbət Gemini mükafatından gedir – red). Daha çox “Kub” (Cube, 1997), “Lars və real qız” (2007), “Avtoqəza” (Crash, 1996), “Saylent Hill” (2006) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində 70-dən çox kino, səsləndirmə və serial rolu olub. Son rollarını “Hazırsan ya yox?” (2019) filmi və “Xadimənin hekayələri” (2018) serialında oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Nicky_Guadagni

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç