Nikol De Bur
Aktrisa, prodüser
Nikol De Bur 20 dekabr 1970-ci ildə Kanadanın Toronto şəhərində dünyaya göz açıb. İlk dəfə televiziyada 11 yaşında olanda görüntülənib; “Standing Room Only” serialının bir epizoduna çəkilib. Ancaq uşaq aktyoru ola bilməyib. Növbəti rolunu 1988-ci ildə “9B” serialının bir neçə epizodunda oynayıb. İlk dəfə böyük ekranlara 1992-ci ildə “Məktəb balı: Bizi şərdən hifz et” filmində çıxıb. 2018-ci ilin əvvəlinə kimi xidməti siyahısında 55-dən çox bədii film və serial yer alır. Daha çox Kanadanın “Kub” mistik-qorxu filminin baş qadın rolu ifaçısı kimi məşhurlaşıb. 18 dekabr 1999-cu ildə Nikol musiqiçi və bəstəkar Con Kastnerə ərə gedib. 2007-ci ilin yanvar ayında cütlüyün Sammer Li adlı qızı dünyaya gəlib. 2012-ci ildən ayrı yaşayırlar. 2013-cü ildən etibarən keçmiş əri aktrisa Cesika Pare ilə görüşür.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D1%83%D1%80,_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%BB%D1%8C_%D0%B4%D0%B5