Morris Din Vint

Morris Din Vint

Aktyor

BİOQRAFİYA

Moris Din Uint 1 may 1964-cü ildə Böyük Britaniyanın Lesterşir şəhərində dünyaya göz açıb. Üç yaşında ailəsi ilə birlikdə Kanadaya köçüb. York Universitetinin məzunudur. Bakalavr dərəcəsi var. 1987-ci ildə televiziyada debütü baş tutub. 1995-ci ildə “Körtisin şarmı” filmində baş rolu oynayıb. “İks Adamlar” (1993), “Vəhşi pişiklər və ya məyus trapperlər komandası” (1994), “Kapitan Flaminqo” cizgi filmlərində, həmçinin “Marvel vs. Capcom: Clash of Super Heroes” və Spawn: In the Demon’s Hand” oyunlarında müxtəlif personajların səsləndirilməsində iştirak edib. 1997-ci ildə yüksək reytinqli Kanada istehsalı olan filmdə “Kub” fantastik trillerində mərkəzi rollardan birini oynyıb. 2002-ci ildə “serialda ən yaxşı davamlı baş rol ifası” kateqoriyasında "Gemini" mükafatına namizəd olub. Daha çox “Kapitan Pauer və gələcəyin əsgərləri”, “Reallıqla müharibə”, “Psi Faktor: Paranormal halların salnaməsi”, “Çirkli işlər şöbəsi”, “Heyven” serialları və “Kub” və “Hedviq və bədxah düym” filmlərində oynadığı rollara görə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%B8%D0%BD%D1%82,_%D0%9C%D0%BE%D1%80%D0%B8%D1%81_%D0%94%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç