Vinçenzo Natali

Vinçenzo Natali

Rejissor, prodüser

BİOQRAFİYA

Vinçenzo Natali 6 yanvar 1969-cu ildə ABŞ-ın Detroit şəhərində dünyaya göz açıb. Anası rəssam, atası isə fotoqraf olub. Uşaq yaşlarında ailəsi Kanadanın Toronto şəhərinə köçüb. Ali məktəbdə oxuduğu illərdə Natali kanadalı aktyor Devid Hyulettlə dostlaşıb. Devid Hyulett Natalinin lentə aldığı əksər filmlərə çəkilib. Rejissor debütü 1997-ci ildə “Kub” filmində gerçəkləşib. Qorxu filmi dünyanın dörd tərəfində nümayiş olunub, indiyə kimi müasir kinematoqrafiyanın ən reytinqli qorxu filmlərindən sayılır. Xüsusilə Yaponiya və Fransada daha populyardır. Sözügedən film 19-cu “Genie Awards” festivalında beş nominasiya qazanıb, Beynəlxalq Toronto Kinofestivalında isə mükafata layiq görülüb. Rejissor daha çox “Kub” (1997), “Koder” (2002), “Bədheybət” (2009), “Boşluq” (2003) filmlərinə görə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/vinchentso_natali/

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç