Şayiə ( Gossip 2000 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, ABŞ, 16+
Şayiə Gossip
90 dəq.
az, ru, en
720p, 360p
Mistik Dram Triller
6.5 TvSeans   5.9 IMDb   7.1 Kinopoisk  
Filmi izlə
Sonra izlə

Təsvir

Üç tələbə: varlı Derrik Vebb, Ketti Cons və rəssam Trevis yaxın dostdur. Hər üçü Derrikin böyük evində yaşayır. Kütləvi kommunikasiya və jurnalistikanı öyrənirlər. Gecə klublarından birində Derrik təsadüfən alkoqol içkisinin təsirindən özündə olmayan qrup yoldaşı Naomi Prestonu Bo adlı oğlanla görür. Bundan sonra üç dost əlçatmaz Naominin həmin Bo adlı oğlanla sevişdiyi barədə şayiə yaymaq qərarına gəlir. Qısa zamanda şayiə daha geniş vüsət alır. Şəklini dəyişərək artıq zorlama hadisəsinə çevrilir və daha ciddi nəticələrə gətirib çıxarır. Şayiə Naomiyə çatdıqda isə qız ona inanmağa başlayır. Çünki həmin gün alkoqol içkinin təsiri altında baş verənləri pis xatırlayır. O polisə ərizə ilə müraciət edərək Bonu ona qarşı zor tətbiq etməsində ittiham edir. Bo polis tərəfindən həbs olunur...


Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Rejissor(lar):
Devis Quggenhaym
Ssenarist(lər):
Qreqori Puarye
Baş Rollarda:
Lina Hidi, Ceyms Marsden, Norman Ridus
Digər Rollarda:  
Keyt Hadson, Edvard Ceyms Olmos, Coşua Cekson

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç