Coşua Cekson
Aktyor
Coşua Brouninq Karter Cekson 11 iyun 1978-ci ildə Vankuver şəhərində amerikalı və irlandın ailəsində dünyaya göz açıb. Özündən kiçik (1983-cü il təvəllüdlü) Eşli adlı bacısı var. Coşua səkkiz yaşına qədər Kaliforniyada yaşayıb. Sonradan ailəsi Kanadaya geri dönüb və artıq 11 yaşı olanda o qəti şəkildə aktyor olmaq qərarına gəlib. Bəxtəvərlikdən anası elə kastinq üzrə direktor olub. Lakin peşəni ailə məsələlərindən ayrı tutan ana, ona aktyor sənətinin göründüyü kimi bəsit və asan olmadığını göstərmək üçün oğlunu kastinqə gətirir. Habelə Coşua bütün gözləntiləri üstələyərək kartof çipsinin reklamında çəkilmək təklifini alır. Onu kino və televiziya karyerasına aparan yol, məhz həmin azbüdcəli çips reklamından keçir. Daha çox “Douson buxtası” serialından Peysi Uitter və “Son hədd” serialından Piter Bişop rolu ilə yadda qalıb. Aktyora şöhrət qazandıran ekran işi “Douson buxtası” adlı tineycer serialı olur. Bundan başqa “Sietl döyüşü”. “Kabus rəqqas”, “Amerikano”, “Larami layihəsi”, “Qışqırıq 2”, “Ronni və Culi”, “Bobbi”, “Günəşin kölgələri” kimi filmlərə də çəkilib. Şəxsi həyatına gəlincə 1998-2000-ci illərdə Keti Holmsla görüşüb. 2006-2016-cı illərdə isə aktrisa Diana Krüqerlə vətəndaş nikahında olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B6%D0%B5%D0%BA%D1%81%D0%BE%D0%BD,_%D0%94%D0%B6%D0%BE%D1%88%D1%83%D0%B0