Edvard Ceyms Olmos

Edvard Ceyms Olmos

Aktyor, prodüser, rejissor, bəstəkar

BİOQRAFİYA
Edvard Ceyms Olmos 24 fevral 1947-ci ildə Los-Ancelesdə (ABŞ) anadan olub. Amerikalı aktyor, müğənni, rejissor, prodüser və ictimai xadimdir. “Emmi”, “Qızıl Qlobus” və “Saturi” mükafatları laureatıdır. 2007-ci ildə aktyor Meksika vətəndaşı olub. 1964-cü ildə orta məktəbi bitirdikdən sonra şərqi Los-Anceles kollecinə, sonra isə Kaliforniya ştatında universitetə daxil olub. Əvvəlcə psixologiya və kriminalogiya üzrə təhsil alıb, sonra isə aktyorluq üzrə təhsilini davam etdirib. Aktyor 1988-ci ildə “Stand and Deliver” filmindəki roluna görə ən yaxşı aktyor kimi “Oskar” mükafatına layiq görülüb. 1992-ci ildə “Американец” filmində rejissor kimi debüt edib. Aktyor 1995-ci ildə “The Burning Season” filmindəki roluna görə ikinci dəfə “Qızıl Qlobus” mükafatına layiq görülüb. 1997-ci ildə “Selena” filmində Selena Kintanilyanın atası rolunu oynayıb. Filmdə Selena rolunda Cennifer Lopez çəkilib. 1971-ci ildə Ceyms Olmos Kaye Killə evlənib. Onların bu evlilikdən Bodi və Miko adlı iki oğlu dünyaya gəlib. Bundan əlavə aktyor üç uşağı övladlığa götürüb. 1994-cü ildə ikinci dəfə aktrisa Lorreyn Brakko ilə evlənib, uzun müddət ayrı yaşadıqdan sonra, 2002-ci ildə boşanıblar. Elə həmin il aktyorun ondan 31 yaş kişik aktrisa Limari Nadal ilə üçüncü evliliyi baş tutub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Edward_James_Olmos

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç